14 iyun 2012 19:11

“Bizə avrokubok ərəfəsində komandanı real gücləndirəcək ixtisaslı futbolçular lazımdı”

“İnter”in yeni seleksiyaçı-məşqçisi Aleksandr Rexviaşvili klub saytına müsahibəsində təyinatı barədə danışıb, yeni iş yeri haqqında fikirlərini bölüşüb və digər suallara cavab verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Öncə təyinatınız barədə danışmağınızı istərdik.
- “İnter”ə keçidimin təşəbbüskarı komandanın baş məşqçisi Kaxaber Tsxadadze oldu. Deyim ki, bu təklif hələ qışda irəli sürülmüşdü. Lakin bəzi səbəblərə görə qarşılıqlı əməkdaşlıq barədə yekun təsdiq may ayında baş tutdu. Mənə göstərilən etimada görə minnətdarlığımı bildirmək istəyirəm. Axı seleksiya ciddi və kifayət qədər məsuliyyətli işdi. Qarşımda heç də asan olmayan vəzifə dayanır. Lakin düşünürəm ki, onun öhdəsindən gələcəyəm.
 
- Siz Gürcüstan millisində və Riqanın “Skonto” komandasında çıxışınızla tanınırsınız. Bundan başqa, bir vaxtlar Azərbaycan klublarından birində (“Bakı”) oynamısınız. Maraqlıdı, futbol karyeranızı başa vurduqdan sonra nə işlə məşğul olmusunuz?
- Futbolçu karyeramı 2006-cı ildə başa vurmuşam. Ondan sonra təqribən 1,5 il futboldan uzaq işlərlə məşğul oldum. Bir qədər sonra futbola qayıtdım. FİFA-nın agent və məşqçilik lisenziyalarını almışam. Son 2 il ərzində Latviyanın “Olimps” futbol klubunun idman direktoru vəzifəsində çalışmışam. Bu klubun “Skonto” klubuna bilavasitə aidiyyatı var. “Olimps” Riqa qrandının demək olar törəmə klubu, onun farm komandasıdı. “Olimps” Latviyanın yüksək liqasında çıxış edirdi, komanda “Skonto” Uşaq Gənclər Futbol Məktəbinin yetirmələrindən formalaşdırılmışdı. Bu klubda çıxış etmək böyük futbola doğru atılmış addım kimi qiymətləndirilirdi. Axı hər il “Olimps”in 6-7 futbolçusu “Skonto”nun əsas heyətinə cəlb edilirdi. Belə deyək, bu klub “Skonto”nu kadrlarla təmin edirdi. Əlavə edim ki, bu klubda işləməyə başladığım zaman agent lisenziyamı dayandırdım, axı qaydalar bu iki fəaliyyəti birləşdirməyə icazə vermir.
 
- İyun ayının 1-dən “İnter”də çalışırsınız və komandayla Türkiyədə təlim-məşq toplanışını keçirmisiniz. Bilmək istərdik, komanda necə təsir bağışladı?
- Etiraf edim ki, “İnter”də işlərin təşkili planında Latviya klublarından daha yaxşıdı. Burada daha geniş kadr və texniki heyət var. Bundan əlavə, hər kəs funksiyasını yaxşı bilir. Baltikyanı ölkədəsə bir əməkdaşın üzərinə bir neçə funksiya düşür. Prinsipcə, komanda hələ yanvar ayında mənə məlum idi. Axı mənə “İnter”in qış toplanışında da iştirak etmək müyəssər olmuşdu və orada həm məşq prosesilə tanış olmaq, həm də komandanın keçirdiyi yoxlama oyunlarını izləmək imkanım yaranmışdı. Bundan başqa, bir necə dəfə Bakıya gəlmişəm və əyani surətdə “İnter”in matçlarını izləmişəm. Odur ki, mənə komandaya öyrəşmək və onun futbolçularını tanımaq üçün çox vaxt lazım olmadı. Bundan başqa, klub heyətilə yaxşı tanışam. Azərbaycanda oynamışam və xalqınızı çox sevirəm. Yeni işimdə həmkarlarımla ümumi dil tapmaq çətin olmadı. Bir daha təkrar edirəm ki, “İnter”də fəaliyyət  bütün sahələrdə yüksək peşəkarlıq səviyyəsindədi. Məşq prosesi doğru müəyyənləşdirilib, analitik şöbə savadlı fəaliyyət göstərir. Hər kəs funksiyalarını dəqiq yerinə yetirir.
 
- Siz “İnter”ə mövsümlərarası dövrdə qoşuldunuz və belə deyək, düz qızğın vaxtda gəlmisiniz. Yəni məhz indi komanda yeni futbolçularla güclənməlidi. Fəaliyyətiniz və məqsədləriniz haqqında danışmağınızı xahiş edirik.
- Komanda istər yerli, istərsə xarici futbolçular artıq cəlb edib. Bununla yanaşı, bu legionerlər artıq Azərbaycan çempionatında oynayıblar. Hazırda müdafiə xəttinin gücləndirilməsi istiqamətində fəal  axtarış gedir. Bizə avrokubok ərəfəsində “İnter”i real gücləndirəcək ixtisaslı futbolçular lazımdı. Bu futbolçuların səviyyəsi Avropa meyarlarına uyğun olmalıdı. Hazırda böyük həcmdə informasiya analiz edirik. Çox sayda səfərə gedirəm, maçtlara baş çəkirəm. Videoyazı vasitəsilə futbolçunun oynunu izləmək və tribunadan baxmaq fərqli məsələlərdir, canlı izləyən zaman həmin oyunçunun yerinə yetirdiyi mövqe işini daha yaxşı görmək imkanı yaranır. Bununla yanaşı, müdafiəçilər üçün mövqe fəaliyyəti çox vacibdir. Bizim artıq müəyyən namizədlərimiz var, lakin onların adlarını açıqlaya bilmərəm. Ona görə ki, hazırda onlarla danışıqlar gedir. Tez bir zamanda onların adlarını biləcəksiniz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.