14 iyun 2012 11:27

Qurbanov: İstərdim ki, klublarımız Avroliqadakı uğurumuzu unutdursunlar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlıqlarından, eləcə də klublarımızın avrokuboklardakı şanslarından danışıb.
 
- Avrokuboklardakı iştirakçılarımız arıq hazırlıqlara start veriblər. “Qarabağ” isə son illərdəki ənənəyə uyğun olmayan halda hələ də istirahətdədi...
- Elədi. Amma biz də təlim-məşq toplanışına hazırlaşırıq. Gərgin mövsümdən sonra futbolçulara istirahət lazımdı.
 
- “Qarabağ” transfer bazarında kimlərlə maraqlanır?
- Bəzi futbolçular var ki, hazırda danışıqlarımız hələ davam edir. Ad çəkmək istəmirəm. Fikrimcə, üç oyunçu almalıyıq. Yerli futbolçu olmayacaq. Çünki yaxşı oyunçuların demək olar ki, hamısının klubları ilə müqaviləsi var.
 
- Sizcə, bizim futbolçuların hazırkı qiyməti həqiqəti əks etdirir?
- Bizim xeyli yaxşı futbolçularımız var. Məncə bu, daha çox tələbdən irəli gəlir. Eyni zamanda hər futbolçunun öz komandasına münasibəti fərqli ola bilər.
 
- “Qarabağ”ın yeni mövsümdə hədəfi necə olacaq?
- Mövsümü mümkün qədər yaxşı şəkildə başa vurmaq. Minimum vəzifə avrokuboklara vəsiqə qazanmaq olacaq, maksimum çempionluq. “Qarabağ” son mövsümdə çox səhvlərə yol verdi. Bunları təkrarlamamalıyıq.
 
- Avrokuboklardakı klublarımızı izləyəcəksiz?
- Əlbətə. Çox istərdim ki, onların hamısı yaxşı çıxış etsinlər.
 
- Sizcə, iki dəfə qrup mərhələsinin həndəvərində dayanan “Qarabağ”ın bu uğurunu təkrarlayan olacaq?
- Azərbaycanlı məşqçi kimi mən də çox istərdim ki, hansısa klubumuz qrup mərhələsinə vəsiqə qazansın. İstəmirəm ki, bizim keçmişdə qalan uğurumuz hələ uzun müddət danışılsın. Çempionatımızın səviyyəsi yüksəlir. Bir halda ki, güclü komandalarımız var, onlar öz səviyyələrini avrokuboklarda da göstərməlidilər.
 
- Komandalarımızın necə rəqiblərlər düşməsini istərdiniz?
- Bildiyimə görə Avropa Liqasının püşkatmasında kifayət qədər asan rəqiblərlə düşmək olar. Çünki klublarımız səpələnmişlər arasında yer alacaq. Yalnız “Neftçi” Çempionlar Liqasında çətin rəqiblə düşə bilər. Amma düzgün hazırlıqla, yaxşı köklənməklə istənilən rəqibi mübarizədən kənarlaşdırmaq olar.
 
- Avropa çempionatında hansı komandaya azarkeşlik edirsiz?
- İspaniyaya. Amma bu komanda sanki son uğurlarından sonra qələbəyə ac deyil. Lakin hələ cəmi bir oyunları arxada qalıb. Ola bilsin ki, mən səhv edirəm. Hər halda qarşıdakı oyunları hər şeyi göstərəcək.
 
- Favoritləriniz kimdi?
- Favoritlər çoxdu. Amma Fransa və Almaniyadan gözəl oyun gözləyirəm. Loran Blanın yaratdığı komanda da xoşuma gəlir. Onlar finala qədər gedə bilərlər.
 
- Rusiyanı isə gizli favorit hesab edirlər...
- Onlar həqiqətən yaxşı oynayırlar. Sürətli, bəzən riskli oyun göstərirlər. Polşa ilə oyunda bu riskləri onların heç-heçə etməsiylə nəticələndi. Amma fikrimcə qrupdan çıxa biləcəklər.
 
- Rusiya ilə yanaşı DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya da qitə birinciliyində iddialıdı...
- Yığmamıza bu rəqiblərlə oyunlarda çox çətin olacaq. Bizim üçün ümumiyyətlə asan rəqib yoxdu. Rusiya ilə Portuqaliya isə tamamilə fərqli səviyyədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.