14 iyun 2012 00:07
Yığmamız Latviyada qələbə qazandı
Litvanın Palanqa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Latviyanın “Metallurg” (Liepaya) klubu ilə görüşüb.
Qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. “Metallurg”un qapısından topları Bayram Budaqov və Taşkın İlter keçirib.
