14 iyun 2012 12:16
Böyükağa Hacıyev: Düşərgəmizdə əla abu-hava hökm sürür
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev hazırlıq barədə klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bunları dilə gətirib:
"Hələlik gündə 2 dəfə,səhər və axşam saatlarına məşq təyin etmişik. Bu məşqlərdən biri fiziki, digəri isə taktiki tapşırıqlar üzərində qurulub. Düşərgəmizdə əla abu-hava hökm sürür, bütün futbolçular məşqlərdə səylə çalışır. Hazırlıq prosesinə gəncləri də cəlb etmişik. Futbolçuların hazırlığı üçün zəruri olan hər şərait burada yaradılıb. Təbii ki, biz də klub rəhbərliyinin bu diqqət və qayğısı müqabilində komandanı yüksək hazırlıq səviyyəsinə gətirməliyik".
