14 iyun 2012 12:34
Ronaldo Azərbaycana qarşı oynamaya bilər
Futbol üzrə Portuqaliya yığmasının yığmasının kapitanı Kristiano Ronaldo millidən gedə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə Portuqaliya mətbuatı çıxış edib.
Portuqalların iddiasına görə, İspaniyanın “Real” klubunun ulduz futbolçusunun AÇ-2012-dən sonra yığmadakı çıxışını başa vurmaq ehtimalı var. Buna səbəb 27 yaşlı futbolçu ilə komanda yoldaşları arasındakı münasibətlərin çox pis olmasıdı. Hələ Danimarka ilə oyundan sonra kapitan sarğısını hirslə çıxararaq yerə atan və azarkeşlərə dəstəyinə görə təşəkkür etməyən Ronaldo buna görə hətta oyundaşları və baş məşqçi Paolo Bentu ilə mübahisəyə də girişmişdi. Məhz həmin olaylardan sonra başlayan gərginlik isə gündən-günə artmaqdadı. Portuqaliya yığmasındakı bu gərginliyin əsas nəticələri isə qitə birinciliyindən sonra məlum olacaq. Belə ki, Ronaldo kimi, baş məşqçinin də yığmadan gedişi istisna deyil.
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindəndi.
