14 iyun 2012 12:55
Premyer Liqa klubu baş məşqçisiz qaldı
İngiltərənin “Tottenham” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Harri Rednapla danışıqlardan sonra, onunla yolları ayırmağa qərar veriblər.
Rednap hələ mövsüm başa çatan kimi istefa vermək istəyirdi. Lakin rəhbərlik təcrübəli mütəxəssisi fikrindən daşındırmağa çalışırdı. Amma göründüyü kimi, sonda məhz Rednapın istədiyi olub.
Hələlik komandaya kimin rəhbərlik edəcəyi dəqiq bilinmir. Amma “Wigan”dan Roberto Martines və “Everton”dan David Moyesin adları “Tottenham”lə birgə çəkilməkdədi.
