15 iyun 2012 13:54
“AÇ-2020-ni keçirmək Azərbaycan və Gürcüstan üçün böyük hadisə olacaq”
“İnter”in yarımmüdafiəçisi Georgi Adamiya Azərbaycan və Gürcüstanın AÇ-2020-yə ev sahibliyi etmək şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AÇ-2020-ni müştərək keçirmək yaxşı ideyadı. Amma şansları dəyərləndirə bilmərəm. Bu haqda yekun qərarı UEFA verəcək. Əgər Avropa çempionatını keçirə bilsək, bu, ölkələrimiz üçün böyük bir hadisə olacaq. Lakin bunun üçün hər iki ölkənin çoxlu iş görməsi lazımdı. İnfrastrukturu daha da yaxşılaşdırmaq, stadionların sayını artırmaq, digər tələbatları yerinə yetirmək lazımdı. Şansımız var, amma nə qədərdi, deyə bilmərəm”.