15 iyun 2012 02:19
Cennaro Qattuzo hamını təəccübləndirdi
İtaliyanın “Milan” klubundan ayrılan Cennaro Qattuzo özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, heç kimin gözləmədiyi halda o, karyerasını İsveçrədə davam etdirəcək.
Belə ki, təcrübəli yarımmüdafiəçi bu ölkənin “Sion” klubu ilə anlaşıb. Şotlandiyanın “Rangers” və Türkiyənin “Galatasaray” klublarına keçidi də gündəmdə olan 34 yaşlı futbolçu gözlənilmədən İsveçrə təmsilçisi ilə müqavilə imzalayıb.
“La Gazetta dello Sport”un xəbərinə görə, təcrübəli orta sahə oyunçusu “Sion”la 2 illik sözləşmə imzalayıb. Qeyd edək ki, “Perugia” və “Rangers” formaları geyən Qattuzo 1999-cu ildən bəri “Milan”da çıxış edirdi.
