15 iyun 2012 14:47
Bakı Rumıniya klubu ilə qarşılaşacaq
Avropa Liqasına hazırlıqlarını davam etdirən “Bakı”nın daha bir sınaqçı-rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “zolaqlılar” ölkə xaricində həyata keçirəcəkləri təlim-məşq toplanışı zamanı Rumıniyanın “Braşov” komandasıyla üz-üzə gələcək.
Hələlik bu görüşün dəqiq tarixi və başlama saatı bəlli deyil. Hazırda Bakıda hazırlıq keçən paytaxt klubu sabah AZAL-la yoxlama görüşü keçirəcək. İyunun 18-də isə komanda Sloveniyaya yola düşəcək. “Braşov”la görüş də məhz 12 günlük Sloveniya toplanışı çərçivəsində keçiriləcək.
