15 iyun 2012 18:07
Yığmamız 11 qolla qələbə qazandı
Bu gün AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi «Sumqayıt» klubunun nəzdindəki U-15 və U-16 komandalarının uzvlərindən təşkil olunmuş komanda olub.
Qarşılaşma 11:2 hesabı ilə yıgmamızın xeyrinə başa çatıb. Yığmamızın heyətində Baxşəli Baxşəliyev 4 qol vurub. Azər İsmayılov və Pilağa Mehdiyev dubl edib. Hərəyə 1 dəfə isə Kamran Əliyev, Turan Manafov və Oruc İsmayılov fərqlənib.
