15 iyun 2012 11:45
Hikmət Karaman: Bu, Azərbaycan futbolunun ən böyük problemidi
Türkiyənin “Gaziantepspor” klubunun baş məşqçisi Hikmət Karaman hazırda TRT-nin AÇ-2012-ni işıqlandıran nümayəndə heyəti ilə birgədi. Azerisport.az saytının müxbiri bu fürsətdən istifadə edərək təcrübəli mütəxəssislə söhbətləşib, onun qitə birinciliyi, eləcə də Azərbaycan futbolu ilə bağlı fikirlərini öyrənib. Onun bizi çox isti qarşılamasını da xüsusi qeyd etmək yerinə düşərdi.
- Qardaşım mənim, burda azərbaycanlı görmək necə də xoşdu! Buyur, nə qədər istəyirsən, sual ver. Mən söhbətə hazıram.
- AÇ-2012-nin oyunları nə dərəcədə ürəyinizcədi?
- Taktiki planda böyük dəyişikliklər yoxdu. Bütövlükdə, komandalar 4-2-3-1 və 4-5-1 sxemlərindən yararlanırlar. İspaniya və Fransa yığmaları başqalarından fərqli olaraq, topla daha çox davranırlar, onu əllərində saxlamağa çalışırlar. İndiyə qədər hələ ki, daha çox İtaliya yığması xoşuma gəlib, sonra da Fransa. Onlar Avropa Liqasının qalibi ola bilərlər. Amma hesab edirəm ki, qarşıdakı oyunlar daha maraqlı olacaqlar. Hər halda ilk addım həmişə çətin olur. Növbəti oyunlarda isə temp və sürət artmalıdı.
- İspaniya yığmasını fərqləndirmədiniz...
- AÇ öncəsi hamı İspaniya və Almaniya yığmasından danışırdı. Amma bütün oyunları gördükdən sonra mən İtaliya yığmasını fərqləndirərdim.
- Futbolunuzdan da danışa bilərik?
- Əlbəttə! Suallarınızı gözləyirəm (gülür).
- Əlbəttə! Suallarınızı gözləyirəm (gülür).
- Türkiyə yığmasının bu AÇ-də çıxış etməməsi hətta Azərbaycanda da çoxları tərəfindən məyusluqla qarşılanmaqdadı. Yəqin ki, siz də təəssüflənirsiz...
- Biz bura gəlməyə borclu idik. Amma gəlmədiyimizə görə ancaq özümüzü tənqid edə bilərik. Əlbəttə, qəlbimiz hətta Azərbaycan yığmasını da AÇ-də görmək istəyir. Mən ölkənizin futbolunu da izləyirəm. Azərbaycanın Avroviziya mahnı müsabiqəsini necə fantastik şəkildə təşkil etdiyinin də şahidi oldum. Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə daha yaxın münasibətlərdə olmalıdı. Biz qardaş ölkələrik və eyni dildə danışırıq. Allah eləsin ki, belə turnirlərdə iki qardaş ölkə də birgə çıxış etsin.
- Azərbaycan futbolu barədə nə düşünürsüz?
- Azərbaycan futbolunun daha böyük inkişafa ehtiyacı var. Bunun üçün isə təcili və vacib qərarlar qəbul etmək lazımdı ki, futbolun səviyyəsi qalxsın. Bunu ancaq AFFA, mütəxəssislər və təbii ki, əcnəbi məşqçilər edə bilər. Lakin ən yaxşı mütəxəssislərə müraciət etmək lazımdı. Azərbaycan klublarını Avropa Liqasında, Çempionlar Liqasında görmək istəyirəm. Çünki bunun üçün hər cür imkan var. Hər şeydən öncə uşaq futbolunda yüksək nailiyyətlərə nail olmaq lazımdı. Əgər baza və şərait yoxdursa, uğur qazanmaq da çətin olur.
- Azərbaycan futbolunun daha böyük inkişafa ehtiyacı var. Bunun üçün isə təcili və vacib qərarlar qəbul etmək lazımdı ki, futbolun səviyyəsi qalxsın. Bunu ancaq AFFA, mütəxəssislər və təbii ki, əcnəbi məşqçilər edə bilər. Lakin ən yaxşı mütəxəssislərə müraciət etmək lazımdı. Azərbaycan klublarını Avropa Liqasında, Çempionlar Liqasında görmək istəyirəm. Çünki bunun üçün hər cür imkan var. Hər şeydən öncə uşaq futbolunda yüksək nailiyyətlərə nail olmaq lazımdı. Əgər baza və şərait yoxdursa, uğur qazanmaq da çətin olur.
- Sizin arabir Azərbaycandan təklif aldığınıza dair xəbərlər də yayılır...
- Heç bir təklif olmayıb. Düzdü, hərdən məni ora çağırırlar, ölkənizə bir neçə dəfə səfərə gəlmişəm. Bilirsiz, mən çox ambisiyalı insanam. Mənim məqsədlərimə zəif klubda çalışmaq daxil deyil. Əgər Azərbaycan klubuna rəhbərlik etmək istəsəm, onunla Çempionlar Liqasında oynamaq, qrup mərhələsinə düşmək istərdim. Ölkənin iqtisadi vəziyyəti yüksək uğurlara şərait yaradır. Azərbaycana elə legionerlər gəlir ki, onlara xərclənilən pullar demək olar ki, hədər gedir. Bu, Azərbaycan futbolunun ən böyük problemidi. Digər ölkələrdə lazım olmayan futbolçularla heç nəyə nail olmaq olmaz.
