15 iyun 2012 11:57
Julius Vobay: Neftçiyə uyğunlaşmağım çətin olmadı
UEFA Çempionlar Liqasına Türkiyənin Bolu şəhərində hazırlaşan "Neftçi" PFK-nın yeni transferi Julius Vobay təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Bura uyğunlaşmağım çətin olmadı. Qısa vaxt ərzində bütün komanda yoldaşlarımla ünsiyyət yaratmışam. "Neftçi"də gördüyüm mehribanlıq və səmimiyyət mənim üçün çox vacibdir. Belə olan halda uğur qazanmaq da asanlaşır. Hazırlıq mərhələsində çəkdiyimiz zəhmətin bəhrəsini rəsmi oyunlarda görəcəyik. İnanıram ki, Çempionlar Liqasında uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik".
