15 iyun 2012 12:10
Bakı sabah ilk sınaq matçına çıxacaq
Avropa Liqası və yeni mövsüm hazırlıqlarını davam etdirən "Bakı" 16 iyun tarixində yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu yoxlama oyununda “zolaqlılar”ın rəqibi AZAL olacaq.
Qarşılaşma AZAL-ın Şüvələn qəsəbəsindəki stadionunda baş tutacaq. Başlama saatı 19:00-a təyin olunub.
