15 iyun 2012 00:24
“Ölkəmizi ÇL-də layiqincə təmsil edəcəyimizə inanıram”
Türkiyə hazırlıqlarını davam etdirən "Neftçi" PFK-nın kapitanı Rail Məlikov təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində məşqlər edirik. Hər kəs məşqlərə ciddi və məsuliyyətlə yanaşır. Çalışırıq ki, məşqçilərimiz tərəfindən verilən tapşırıqları hərtərəfli yerinə yetirək. Qarşıda bizi Avropanın ən nüfuzlu klub turnirində çıxış gözləyir. Ölkəmizi bu yarışda layiqincə təmsil edəcəyimizə inanıram".
