15 iyun 2012 13:12

Georgi Adamiya: Xəzər Lənkəran mənə çoxlu pul təklif edirdi

“İnter”in yeni transferi Georgi Adamiya azerisport.az saytına müsahibəsində Türkiyə toplanışından danışıb, avrokuboklardakı şanslarına toxunub və transferlərlə bağlı fikirlərini açıqlayıb.
 
- Türkiyə toplanışı necə keçdi?
- Bu, ilk hazırlıq prosesi idi. Bərpa olunmağa və fiziki cəhətdən “işləməyə” ehtiyac var idi. Bir yoxlama oyunu da keçirdik. Hansı ki, həmin oyunda 16:1 hesabı ilə qələbə qazandıq. Mən də həmin oyunda üç qol vurdum. Bu gecə isə Sloveniyaya yola düşəcəyik. Hazırlığımızın əsas hissəsi də məhz burda keçəcək.

- 16:1 hesablı qələbə nədən xəbər verir?
- Rəqibimiz zəif idi. Heç komandanın necə adlandığını da xatırlamıram. Bu, məşq xarakterli bir oyun idi. Əsas yoxlama oyunlarımız Sloveniyada baş tutacaq. Avropa Liqasına məhz bu təlim-məşq toplanışında hazırlaşacağıq. Yavaş-yavaş sürət yığırıq.
 
- Yeni komandanıza uyğunlaşmaqla bağlı problem yoxdu ki?
- İndi sadəcə yeni oyun üslubuna alışmaq qalır. Axı “İnter”in oyun üslubu sonuncu komandamın – “Qarabağ”ın stilindən fərqlənir. Amma fikrimcə, yeni üsluba alışmaq da çətin olmayacaq.
 
- Avropa Liqasındakı potensial rəqiblərinizlə maraqlanırsız?
- Maraqlanmıram. Heç bilmirəm hansı komandalara qarşı oynaya bilərik. Amma çox istərdim ki, ilk rəqibimiz zəif olsun. Bir məqam da var ki, komanda kimi yaxşı formada olsaq, rəqibin kimliyi o qədər də ciddi əhəmiyyət kəsb etməyəcək. Necə olacağını isə bilmirəm. Mümkün qədər çox irəliləmək istəyirik.
 
- Deyilənə görə, sizin “Xəzər Lənkəran”a da keçmək şansınız var imiş...
- Belə bir şans hələ “Neftçi”də oynadığım vaxt var idi. “Xəzər Lənkəran” mənimlə müqavilə bağlamaq istəyirdi. Onlar mənə çoxlu pul təklif edirdilər. Məsələn, “Neftçi” mənə həmin pulu vermirdi. Amma mən Lənkəran variantını seçə bilmirdim. Çünki “Neftçi”də iki uğurlu mövsüm keçirmişdim. Çempionatda qələbə qazanmışdıq, “Birlik Kuboku”nda birinci olmuşduq. Başa düşürdüm ki, komandanın əsas rəqibinin düşərgəsinə keçmək yaxşı olmaz.
 
- Ruslan Abışova işarə vurursuz?
- Qətiyyən. Hər bir oyunçunun qərarına hörmətlə yanaşmaq lazımdı. Əminəm ki, Ruslan “Xəzər Lənkəran”da yaxşı oynayacaq. O, peşəkardı və uğur qazana bilər.
 
- Hesab etmirsiz ki, hazırda azərbaycanlı futbolçuların qiymətləri çox şişirdilməkdədi?
- Bu barədə heç nə deyə bilmərəm. Əgər yaxşı pul ödəmək istəyirlərsə, bu, yaxşıdı. Hər bir futbolçu qazandığına layiqdi. Amma həmin pulu almaqla kifayətlənmək olmaz. Həmin pulun qarşılığında da oynamaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.