16 iyun 2012 21:00
Bakı ilə AZAL sülhlə ayrıldı (YENİLƏNİB)
Avropa Liqası və yeni mövsüm hazırlıqlarını davam etdirən "Bakı" bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın bu yoxlama oyunundakı rəqibi digər paytaxt təmsilçisi AZAL olub.
Qarşılaşma AZAl-ın Şüvələn qəsəbəsindəki stadionunda baş tutub. “Bakı”dan fərqli olaraq, AZAL bu görüşdə baxışa çağırdığı əcnəbi və yerli futbolçulardan qurulmuş heyətlə mübarizə aparıb. “Təyyarəçilər”in əsas komandası isə hazırda hələ də istirahətdədi.
"Zolaqlılar"a gəlincə, Novruz Əzimov hazırda ixtiyarında olan futbolçuların xidmətindən yararlanıb. Lakin qarşılaşmada tərəflərdən heç biri qol vurmağa nail ola bilməyib.
Yoldaşlıq oyunu
16 iyun
AZAL – Bakı - 0:0
