16 iyun 2012 13:42
Rəvanda bosniyalı futbolçu (FOTO)
“Rəvan” daha bir futbolçunu heyətinə qatmağa yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu Boris Raspudiçlə müqavilə bağlamağa hazırlaşır.
30 yaşlı yarımmüdafiəçi Bosniya və Hersoqovinanın “Borac” klubundan gəlib. O, son iki mövsümü keçirdiyi bu klubda 50 oyunda meydana çıxıb və bir qol vurub. Raspudiç 2003-2007-ci illərdə də “Borac”da çıxış edib və 78 oyunda 8 qol vurub. Bundan başqa o, vaxtilə “Sloga Trn”, “Krila Krajine”, “BSK Banja Luka”, “Petrochimi Tabriz” kimi klublarda da çıxış edib.
Raspudiçin tezliklə klubun düşərgəsinə qoşulacağı və tibbi müayinədən keçməsi gözlənilir. Onunla yanaşı “Rəvan” başqa legionerlərin də yolunu gözləyir.
