16 iyun 2012 02:11
Galatasaray - Fenerbahçe matçı Bakıda keçiriləsi olmadı
Futbol üzrə Türkiyə Super Kubokunun keçiriləcəyi yerlə bağlı yekun qərar verilib. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası qərarını açıqlayıb.
Qərara əsasən Türkiyə çempionu “QGalatasaray” və kubokun sahibi “Fenerbahçe” arasında keçiriləcək matça Ərzurum şəhəri ev sahibliyi edəcək. Super Kubok oyunu 11 avqustda oynanılacaq.
Qeyd edək ki, budan əvvəl Super Kuboku oyununun Bakıda keçirilməsi gündəmdə idi. TFF hər iki kluba bu barədə müraciət etmişdi. Lakin görünür klublar buna o qədər də müsbət yanaşmayıblar.
