16 iyun 2012 11:27

Vaqif Sadıqov: Komandada kimi saxlayacağımıza Bakı ilə oyundan sonra qərar verəcəyik

AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümə hazırlıqlarından, transferlərdən, eləcə də AÇ-2012-dən danışıb. “Təyyarəçilər”in çalışdırıcısı öncə bunları dilə gətirib:
 
“Hazırda seleksiya xarakterli təlim-məşq toplanışı keçiririk. Hazırlıq prosesində Çexiya, Gürcüstan və digər ölkələrdən futbolçular var. “Bakı” ilə yoxlama oyunu keçirəndən sonra (oyun bu gün keçiriləcək – azerisport.az), onlardan hansının komandada qalacağına aydınlıq gələcək. Hər şey onların özlərini necə göstərməsindən asılıdı”.
 
Paytaxt klubunun əsas hazırlıqlarına gəlincə, bu toplanış iyunun 18-dən etibarən başlayacaq: “Həmin gündən etibarən iyunun sonuna qədər Bakıda hər gün iki məşq keçəcəyik. Bu müddət ərzində iki yoxlama oyunu keçirməyi də planlaşdırmışıq. İyulun 2-də isə Türkiyəyə yollanacağıq. İspartada da üç yoldaşlıq oyunu baş tutacaq. Ardından Boluya gedəcəyik. İyulun 16-dan 28-dək sürəcək son hazırlıq prosesi zamanı da 4 sınaq matçı keçirmək nəzərdə tutulub. İyulun 29-da da vətənə qayıtmalıyıq”.
 
Sadıqov hələlik mümkün rəqiblərin kimliyini dəqiqləşdirmədiklərini deyir: “Hələlik mümkün rəqiblərdən heç birinin adını dəqiqləşdirməmişik. Bütün bunlara Türkiyə toplanışının gedişində aydınlıq gətiriləcək”.
 
Təcrübəli mütəxəssis Ukrayna və Polşada keçirilən Avropa çempionatının gedişinə də toxunub: “Çempionatın gedişindən hələ ki, razıyam. Bu qitə birinciliyinin ürəyimcə olmasının əsas səbəblərindən biri də odu ki, artıq ikinci turun oyunları geridə qalmasına rəğmən, heç bir qrupda pley-offa çıxan komanda olmayıb”.
 
Millimizin sabiq çalışdırıcısı azarkeşlik etdiyi yığmanın adını da açıqlayıb: “Mən özüm Hollandiyaya azarkeşlik edirəm. Amma təəssüf ki, turnir onlar üçün o qədər də yaxşı başlamadı. Lakin hələ hər şey itirilməyib. Hər şey son turun oyunlarından asılıdı”.
 
“Təyyarəçilər”in çalışdırıcısı sonda Azərbaycan klublarının qarşıdan gələn avrokuboklardakı şanslarına da toxunub: “İstərdim ki, nəhayət bizim klublar da ciddi uğurlar qazansınlar. Baxmayaraq ki, burda çox şey püşkdən asılı olacaq. Bütün klublarımıza arzulayıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.