16 iyun 2012 11:43
Bakı Fransa yığmasında oynamış futbolçu ilə müqavilə bağlayır
“Bakı” növbəti transferini reallaşdırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu bunun üçün Bernard Mendinin Bakıya gəlməsini gözləyir.
Son olaraq Danimarkanın “Odense” klubunda çıxış edən fransız müdafiəçi yaxın günlərdə ölkəmizə gələcək. Bundan sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Mendi 2000-2008-ci illərdə PSG-də oynayıb. Paris klubunda 189 oyun keçirən futbolçu 2 qola imza atıb. 31 yaşlı yarımmüdafiəçi 2002-2003 mövsümündə “Bolton”a icarəyə verilib və İngiltərə klubunda 21 matç keçirib. PSG-dən ayrıldıqdan sonra – 2008-ci ildə İngiltərənin “Hull City” klubuna keçib. İki il ərzində bu komandada 49 oyuna çıxan Mendi 2 qol vurub. Onun son dayanacağı isə Danimarkanın “Odense” klubu olub. Bernard bu komandada 36 oyun keçirərək 2 qola imza atıb. Təcrübəli futbolçu PSG ilə 2004 və 2006-cı illərdə Fransa Kubokunu, 2008-də Fransa Liqa Kubokunu qazanıb.
Mendi 2004-2006-cı illərdə Fransa yığmasına çağırıb və 4 dəfə milli formanı geyinib. Bundan başqa o, Fransa U-18-nin formasını geyinib. Hətta 2000-ci ildə Avropa çempionu da olub.
