16 iyun 2012 12:01
Xəzər Lənkəran ilk sınaq matçında 6 cavabsız qol vurdu (FOTOREPORTAJ)
Avropa Liqasına hazırlaşan "Xəzər Lənkəran" Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın rəqibi Almaniya Regional Liqasında çıxış edən "Starnberq" klubu olub.
Qarşılaşma cənubluların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Xəzər Lənkəran” meydana aşağıdakı start heyəti ilə çıxıb: Kamal Bayramov, Elnur Allahverdiyev, Eder Bonfim, Radomir Todorov, Elvin Beqiri, Elnur Abdullayev, Branimir Subaşiç, Robert Alviz, Rikardo Qomeş, Rahid Əmirquliyev, Adrian Pit.
İlk hissədə Branimir Subaşiç fərqlənərək hesabı açıb və fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə Yunis Hüseynov Adrian Skaralatake, Joao Paulo Pinto, Akif Tağıyev, Ruslan Abışov, Kamran Abdullazadə və Elvin Mirzəyevi matçın müxtəlif dəqiqələrində meydana buraxıb ki, portuqaliaylı Joao Paulo Pintonun het-triki və Kamran Abdullazadə ilə Rahid Əmiruliyevin qolları ilə “Xəzər Lənkəran” böyük hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını 20 iyunda Kiyev "Dinamo"sunun əvəzedici heyətinə qarşı keçirəcək.
