16 iyun 2012 00:11
Xəzər Lənkərandan Ruslan Abışov açıqlaması (FOTO)
Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” Azərbaycan yığma komandasının müdafiəçisi Ruslan Abışovu heyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, artıq bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Bu transferlər bağlı yayılan məlumatda bildirilir: “24 yaşlı futbolçu 2009-cu ildən etibarən milli komandanın sıralarına çağırılır. Qısa müddət ərzində yığmanın liderlərindən birinə çevrilən Abışov əsasən mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edir. Gənc futbolçu millinin heyətində yoldaşlıq oyununda Çexiya yığma komandasına, həmçinin AÇ-2012-nin seçmə mərhələsində Belçika yığmasına vurduğu qollarla da yadda qalıb.
Ruslan Abışov 2010/2011 mövsümündə Premyer Liqanın ən yaxşı müdafiəçisi adına layiq görülüb. Müdafiəçi 2006-2012-ci illərdə “Neftçi” klubunun heyətində çıxış edib.
Futbolçu ilə klub arasında 2 il müddətinə müqavilə imzalanıb. Hazırda Avstriyada “Xəzər Lənkəran”ın düşərgəsində olan Abışov artıq komandanın məşqlərinə qoşulub”.
