16 iyun 2012 12:24
Sadıq Sadıqov: Heyətə elə futbolçular qatacağıq ki... (VİDEO)
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Türkiyəyə yollanıb. Fanat.az xəbər verir ki, Bolu şəhərinə üz tutan klub rəhbəri burda təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib.
Düşərgədə müsahibə verən Sadıqov komandaya sürpriz etdiyini bildirib: “Komandada sevindi, mən də. Onlar üçün sürpriz hazırlamışdım, bura gəldiyimi bilmirdilər. Gələn kimi komandanın məşqinə qatıldım. Görürəm ki, uşaqların əhval-ruhiyyəsi yüksək səviyyədədi”.
Klub prezidenti komandanı tərk edən futbolçularla bağlı fikirlərini bildirib: “Müqaviləsi bitən legionerlərlə yollarımızı ayırdıq. Yerli futbolçulardan isə bəziləri maliyyə məsələlərinə, bəziləri də heyətə düşə bilmədikləri üçün komandadan getdi. Heyətə düşə bilməyən yerli futbolçulara şərait yaratdıq ki, gedib başqa komandada oynasınlar”.
Sadıqov transfer siyasəti barədə də məlumat verib: “Hələ Julius Vobay və Rəşad Sadiqovdan başqa heç bir transfer etməmişik. Transfer danışıqlarımız davam edir. Heyətə elə futbolçular qatacağıq ki, Çempionlar Liqasında öz sözümüzü deyə bilək”.
Sadıq bəy “Neftçi”nin əsas hədəfini açıqlayıb: “Əsəs hədəfimiz odu ki, milli komandamıza yeni güc, yeni nəfəs gətirəcək yerli futbolçular yetişdirək. Komandamızın indi 70 faizi gənclərdin ibarətdi. İnanıram ki, bu uşaqlardan ən azı 2-3-ü milli komandanın şərəfini layiqincə qoruyacaq”.
