16 iyun 2012 12:57
Bakı və Lokomotivin baş məşqçiləri dəyişdi
Futbol üzrə Azərbaycan birinci divizionunda çıxış edən “Lokomotiv” klubuna yeni baş məşqçi təyin edilib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandaya Məqsəd Yaqubəliyev başçılıq edəcək.
O, bu postda İbrahim Uzuncanı əvəzləyib. Türk mütəxəssis isə bundan sonra “Bakı”nın əvəzedici komandasına başçılıq edəcək.
Xatırladaq ki, əvəzedici komandanın baş məşqçisi Qəhrəman Əliyev də bir neçə gün əvvəl “Bakı”nın əsas komandasına məşqçi təyin edilmişdi.
