17 iyun 2012 01:55
İnter Avstriya klubu ilə qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışında olan “İnter” 4 yoldaşlıq matçı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, Bakı klubu iyun ayının 18-də, 21-də, 25-də və 28-də yoxlama oyunları keçirəcək.
Artıq “İnter”in ilk rəqibinin adı da məlumdu. Ayın 18-də təmsilçimiz Avstriyanın “Kapfenberq” komandasıyla qarşılaşacaq.
1919-cu ildə təsis edilmiş və hazırda 93 yaşı olan “Kapfenberq” klubu Avstriyanın güclülər dəstəsində mübarizə aparır. Digər rəqiblərin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
