17 iyun 2012 14:57
“Çalışırıq ki, Çempionlar Liqasına tam hazır olaq”
Türkiyənin Bolu şəhərində keçirilən toplanışda iştirak edən “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov hazırlıq prosesi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu Çempionlar Liqasında zəif rəqibin olmadığını bildirib:
“Hamımız səylə çalışırıq ki, həm Çempionlar Liqasına, həm də yeni çempionata tam hazır olaq. “Neftçi”nin ötən mövsüm qazandığı titulu qorumasını istəyirik. Çempionlar Liqasında ölkələrin çempionları oynayır. Orda zəif rəqib yoxdu. Ona görə də daha yaxşı hazırlaşıb, bu dəfə “Neftçi”nin adını daha yüksəklərə qaldırmalıyıq”.
