17 iyun 2012 15:26
Böyükağa Hacıyev: Artıq buna nail ola bilirik (VİDEO)
Türkiyənin Bolu şəhərində təli-məşq toplanışında olan “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev hazırlıq prosesi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bunları dilə gətirib:
“Çalışırıq ki, komandanı tam hazır vəziyyətə gətirək və Avropada öz sözünü deyə bilsin. Fikrimcə, artıq müəyyən mənada buna nail ola bilirik. Uşaqlar çox həvəslə çalışırlar. Komandada mehribançılıq hökm sürür. Çalışacağıq ki, qarşıdakı vaxtdan layiqincə istifadə edək və Çempionlar Liqasında elə bir komandaya qoyaq ki, həqiqətən bizi sevindirsin”.
