17 iyun 2012 15:54

“Moskvada necə olacağını bilmərəm, amma Bakıda Rusiyanı məğlub edə bilərik”

Azərbaycanın veteran futbolçusu Kazbek Tuayev azerisport.az saytına müsahibəsində hazırda davam edən AÇ-2012 ilə bağlı fikirlərini açıqlayıb.
 
- AÇ-2012-ni yaxından izləyə bilirsizmi?
- Çox diqqətlə və böyük məmnuniyyətlə izləyirəm. Turnirin gedişatı çox xoşuma gəlir. Ümumiyyətlə, hesab edirəm ki, belə turnirləri ölkəmizdə hər kəs izləməlidi və özü üçün nəticələr çıxarmalıdı.
 
- Hansı komanda sizi daha çox təəccübləndirir və ya məyus edir?
- Məni Rusiya yığması məyus etdi. Yunanıstanla oyuna çox pis hazırlaşmışdılar. Bu oyunda onların bütün zəif cəhətləri üzə çıxdı. Amma oyun öncəsi daha yaxşı analizlər aparsaydılar, məğlubiyyətdən qaça bilərdilər. Yunanların necə oynadığını hər kəs bilir. Onlarınkı odu ki, bir qol vurub, buraxmasınlar.
 
- Dediyinizdən belə çıxır ki, baş məşqçi komandanı bu oyuna kökləyə bilməmişdi?
- Məşqçilər təkcə bunu yox, həm də komandanın fiziki planda hazırlığını unutmuşdular. Dzaqoyev ilk iki oyunda heç nədən vurduğu 3 qoldan sonra Yunanıstan üzərində asan qələbədən dəm vururdu. Düzünü deyim ki, Rusiyanın turniri belə biabırçı şəkildə tərk etməsinə çox təəssüfləndim. Bu komandada Arşavinlə Jirkovdan başqa yüksək səviyyəli oyunçu yoxdu. Qalan hamısı orta səviyyəli oyunçulardı. Yadınızdadısa, mən hələ xeyli müddət öncə də bildirmişdim ki, Azərbaycan Rusiyanı Bakıda məğlub edə bilər. Bu, hədər yerə deyilməmişdi. Rusiya yığmasında lider yoxdu. Hollandiyalını gətirib qoyublar baş məşqçi, o da Jirkov kimi futbolçunu müdafiədə oynadır. O, hücumda daha çox fayda verir, nəinki müdafiədə. Valeri Qazzayev ondan daha yaxşı yararlanırdı.

 
- Sizcə, DÇ-2014-ün seçmə mərhələsində biz də Rusiyaya qarşı yunanlar kimi mübarizə apara bilərik?
- Bilmirəm. Məsələ burasındadı ki, bu turnirdən sonra Rusiya yığmasında xeyli dəyişikliklər baş verə bilər. Azərbaycanla oyunda fərqli komanda görəcəyimizi düşünürəm. Moskvada necə olacağını deyə bilmərəm, amma Bakıda biz onları məğlub edə bilərik.
 
- Advokat getdi. Mümkün variantlar arasında isə Qazzayevin də adı var...
- Fikrimcə, Advokat AÇ öncəsi gedəcəyini bəyan etməməli idi. Bu, futbolçular tərəfindən heç də birmənalı qarşılanmır. İndi Rusiya yığmasını ayağa qaldırmaq üçün yerli məşqçiyə ehtiyac var. Qazzayevi ən real namizdən sayıram. Ondan yaxşısı yoxdu.
 
- Bəs AÇ-də hansı komandanı uğura daha çox yaxın hesab edirsiz?
- İndidən dəqiq proqnoz vermək çətindi. 4-5 yaxşı komanda var ki, baş mükafata sahib çıxa bilər. Həmin favoritlər də hər kəsə bəllidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.