17 iyun 2012 19:56

Del Boske daha 2 il İspaniya yığmasını çalışdıracaq

Visente Del Boskenin qarşıdakı iki ildə çalışacağı komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, ispan mütəxəssis İspaniya Futbol Federasiyasının yeni müqavilə təklifini qəbul edib.
 
Hazırda Avropa çempionatında iştirak edən yığmanın baş məşqçisi federasiya rəsmiləri ilə görüşüb. Görüşdə tərəflər yeni – 2 illik müqavilə ilə bağlı razılıq əldə edib. Müqavilə AÇ-2012 başa çatdıqdan sonra imzalanacaq.
 
Qeyd edək ki, futbolçu kimi uzun illər “Real”da oynamış Del Boske məşqçi kimi də uzun müddət bu komandada çalışıb. Belə ki, o, 1987-1990-cı illərdə Madrid klubunun B komandasına, 1994, 1996 və 1999-2003-cü illərdə əsas komandasına başçılıq edib. 2004-2005 mövsümündə “Beşiktaş”ı çalışdıran 61 yaşlı mütəxəssis 2008-ci ildən İspaniya yığmasının baş məşqçisidi. Məşqçi kimi La Liqanın (2 dəfə), İspaniya Super Kubokunun (1), Çempionlar Liqasının (2), UEFA Super Kubokunun (1) və Klublararası Dünya çempionatının (1) qalibi olan Del Boske 2010-da İspaniya yığmasına dünya çempionluğu yaşadıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.