17 iyun 2012 12:02
Yığmamızın rəqibi baş məşqçisiz qaldı
Futbol üzrə Rusiya yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, şimal qonşularımızın baş məşqçisi Dik Advokat milliylə yollarını ayırıb.
Məlum olduğu kimi, hollandiyalı mütəxəssis hələ bir neçə ay öncədən Rusiya yığmasından gedəcəyini açıqlamışdı. Öz ölkəsinin PSV klubuyla anlaşan çalışdırıcı rusların sükanı arxasında AÇ-2012-dəki mübarizə boyunca qalacağını bildirmişdi. Ötən gün Rusiyanın qitə birinciliyindəki mübarizəni erkən dayandırması ilə, Advokatın da yığmadan getməsi rəsmiləşib.
Qeyd edək ki, Rusiya DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndi. Yığmamızın rəqibinin qarşıdakı seçmə mərhələyə hansı baş məşqçiylə başlayacağı hələlik bilinmir.
