17 iyun 2012 20:20
Millimizin forvardı oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov bu gün Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 14-cü turu çərçivəsində “Skonto” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilirdi. Buna görə də liepayalılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. Lakin həmyerlimizin komandası bu istəyinə nail ola bilməyib. Görüşün 30-cu dəqiqəsində vurulan yeganə qol "Skonto"ya minimal hesablı qələbə qazandırıb.
Millimizin forvardı görüşün ilk hissəsində ehtiyatda qalıb. Amma fasilədən sonra baş məşqçi Vüqarı da döyüşə atıb. Meydanda olduğu 45 dəqiqə ərzində Əsgərov komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, hazırda Liepaya klubu 12 oyundan sonra 18 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və ehtiyatda iki oyunu var. "Skonto" isə 25 xalla 2-ci sıradadı.
Latviya çempionatı
14-cü tur
17 iyun
Metallurg - Skonto - 0:1
