17 iyun 2012 12:33

Vaqif Cavadov: Səmədovu azərbaycanlı hesab etdikləri üçün yığmaya çağırmadılar

“Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yəqin ki, Avropa çempionatını diqqətlə izləyirsiz. Geridə qalan iki tur turnirin əsas favoritlərinin kim olduğuna dair fikir söyləməyə imkan verir?
- Fikrimcə, hələ indidən dəqiq nəsə demək çətindi. İspaniya, Fransa, İngiltərə, Portuqaliya, Almaniya... Favoritlər çoxdu. Amma kimisə fərqləndirmək olmur.
 
- DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz – Portuqaliya və Rusiya barədə nə deyərdiniz?
- Mümkündü ki, biz Avropa çempionatının finalçılarından hansınısa qəbul edək. Lakin bu, baş verməsə də belə, biz öz oyunumuzu yaxşılaşdırmalıyıq. Öz üzərimizdə işləməliyik ki, bu rəqiblərimizlə layiqli mübarizə apara bilək. Yalnız o halda hansısa sensasiyaya ümid etmək olar.
 
- Sizin öz favoritiniz varmı?
- Rusiya yığması ilk iki oyununda çox yaxşı təsir bağışladı (müsahibə Yunanıstanla oyundan öncə götürülüb – azerisport.az). Almaniya – Portuqaliya oyunu da ürəyimcə oldu. Amma qarşıda daha maraqlı oyunların şahidi olacağımızı düşünürəm.
 
- Bildiyimiz qədərilə, siz İspaniya yığmasının azarkeşisiz...
- Bəli. İspaniya çox güclü komandadı. Onların İtaliyaya qarşı oyunları çox xoşuma gəldi. Çoxları Prandellinin də komandasına inanmır. İtalyanlar ilk iki oyununda heç-heçə ilə kifayətlənməsinə baxmayaraq, onların da yarımfinala qədər irəliləyəcəyini düşünürəm.
 
- İndiki Rusiya vaxtilə yığmamıza qarşı mübarizə aparan komanda ilə müqayisədə nə dərəcədə dəyişib?
- Bütövlükdə ruslar yenə də həmin heyətlə mübarizə aparırlar. Amma oyuna köklənmə baxımından diqqətçəkən dərəcədə dəyişiklik hiss olunur. O vaxt ruslar Bakıya gələndə, heç bir turnir hədəfləri yox idi. Amma Avropa çempionatında belə şey olmur.
 
- Sizcə, Aleksandr Səmədov niyə Rusiya yığmasının heyətinə daxil edilmədi?
- Səmədov Rusiya çempionatında əla mövsüm keçirdi. O, heyətə daxil edilə bilərdi. Amma məncə onu hələ də azərbaycanlı hesab edirlər və buna görə də yığmanın qapısı böyük turnirlər zamanı onun üzünə bağlı olur. Əminəm ki, o, AÇ-2012-də özünü göstərə bilərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.