18 iyun 2012 01:46
Xəzər Lənkəran hazırlığın 2-ci mərhələsinə start verdi (FOTOLAR)
Avstriyanın Tirol vilayətində yay təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" hazırlığın 11-ci günündə istirahət edb. Azerisport.az xəbər verir ki, komanda üzvləri istirahət gününü səmərəli keçirmək üçün Avstriyanın Zalsburq şəhərinə yollanaraq, tarixi şəhərin görməli yerləri ilə tanış olublar.
Ötən gün isə komanda məskunlaşıdığı "Das Seivald" otelini tərk edərək Tirol vilayətinin Şeffau qəsəbəsində yerləşən "Kayzer" otelində məskunlaşıb. Bununla da komanda toplanışın ikinci hazılıq mərhələsinə start verib.
