18 iyun 2012 01:57
La Liqaya son vəsiqənin sahibi bəlli oldu
Futbol üzrə İspaniya La Liqasının yeni mövsümündə çıxış edəcək sonuncu komandanın adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, 2012-2013 mövsümünə son vəsiqənin sahibi “Valladolid” olub.
Bunun üçün pley-off mərhələsinin finalında “Alcorcon”la üz-üzə gələn bu komanda daha güclü olub. Belə ki, səfərdə bu rəqibini 1:0 hesabıyla üstələyən “Valladolid” doğma meydanda heç-heçə ilə kifayətlənməli olub. Lakin 1:1 hesablı heç-heçə məhz bu komandanın elitaya çıxmasına şərait yaradıb.
Qeyd edək ki, La Liqanın yeni mövsümünə “Valladolid”dən öncə “Deportivo” və “Celta” vəsiqə qazanmışdı. “Valladolid” elitanı 2 mövsüm öncə tərk etmişdi.
