18 iyun 2012 02:02
Xəzər Lənkəran Pinto və Beqiridən imtina etdi
Avropa Liqasına hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə Lənkəran klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandadan ayrılan futbolçular portuqaliyalı Joao Paulo Pinto və albaniyalı müdafiəçi Elvin Beqiridi. Onlar məşqçilər korpusunun qərarı ilə "Xəzər Lənkəran"ın sıralarını tərk ediblər.
Qeyd edək ki, Beqiri son mövsümdə cənub komandasının sıralarında idi. Pinto isə Kiprin "Apollon" klubuna icarəyə verilmişdi. Portuqaliyalı futbolçunun "Xəzər Lənkəran"da qalıb-qalmamasına baş məşqçi Yunis Hüseynov qərar verəcəkdi. Görünür hətta Avstriyada keçirilən ilk sınaq matçında qol vurması da bu futbolçunun komandada qalmasına yardımçı olmayıb.
