18 iyun 2012 14:18
Arşavin yığmamız qarşı oynamaya bilər
Futbol üzrə Rusiya yığmasının kapitanı Andyer Arşavin milli karyerasını başa vurmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı qonşu ölkə mətbuatı yayıb.
Məlumatda bildirilir ki, Arşavinin yığmadan getmək istəməsinə AÇ-2012-dəki uğursuz çıxış səbəb olub. Lakin “Zenit”in aparıcı yarımmüdafiəçisi hələlik bu barədə rəsmi olaraq bəyanat verməyib.
Qeyd edək ki, Rusiya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşıb.
