18 iyun 2012 14:39
Mehman Allahverdiyev: Klublarımızın heç biri qrup mərhələsinə düşməyəcək
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklara hazırlığından, potensial rəqiblərdən, eləcə də Ruslan Abışovun “Neftçi”ni “Xəzər Lənkəran”a dəyişməsindən danışıb.
- Azərbaycan klublarının avrokuboklardakı çıxışından nə gözləyirsiz?
- “Qarabağ” yoxdu. Buna görə də bütün komandalarımıza böyük diqqət olacaq. Mənə daha çox transfer çalışmalarının nə vaxt bitəcəyi maraqlıdı. Onlar heyətlərini mümkün qədər tez gücləndirməlidilər. Hamı çempionatımızın səviyyəsinin qalxdığını deyir. İndi bunu avrokuboklarda da isbatlamaq lazımdı.

- Sizcə, hansısa klubumuzun qrup mərhələsinə vəsiqə qazanması mümkündü?
- Bunu tələbə etmək olar. BATE, Kipr APEOL-i kimi klublar Çempionlar Liqasının qrup mərhələsində oynayır. Halbuki, bizim klubların büdcəsi onlarla müqayisədə daha yaxşıdı. Amma real baxsaq, klublarımızın heç biri qrup mərhələsinə düşməyəcək. Bu, bizim üçün hələ də arzu olaraq qalmaqdadı. Qrup mərhələsinə düşmək istəyən komanda seleksiya işlərinə bir il öncədən başlamalıdı, turnirə bir ay qalmış yox. Bizim klublar özləri də bilirlər ki, iki mərhələdən artıq keçə bilməyəcəklər.

- Klublarımıza necə rəqiblərin düşməsini istərdiniz?
- Arzu edirəm ki, hamısına zəif rəqiblər düşsün. Amma bir şeyi başa düşmək lazımdı ki, ikinci və üçüncü təsnifat mərhələsində püşk də bizə kömək etməyəcək. Oynamaq lazımdı. Avrokuboklarda klublarımızın nəyə qadir olduğunu bir daha görəcəyik. Həmçinin legionerlərimizin səviyyəsinin də yaxından şahidi olacağıq.
- Ruslan Abışovun “Neftçi”dən “Xəzər Lənkəran”a səs-küylü keçidi barədə siz nə deyərdiniz?
- Mənə maraqlıdı, bu keçidlə bağlı niyə bu qədər ajiotaj oldu? Mətbuat ancaq bundan yazır. Əgər futbolçu bu pulu alırsa, deməli, ona layiqdi. İdmançı ömrü qısadı. Ona Avropada o pulun verilib-verilməyəcəyini deyə bilmərəm. Amma “Xəzər Lənkəran” bunu həyata keçirdi. Bəlkə də Ruslan bundan artığına da layiqdi. Həm də başqalarının pulunu hesablamaq düz deyil. Abışovun öz üzərində işləməsi, bu pula layiq olduğunu isbatlamağa borclu olması başqa məsələdi.

- Andorranı məğlub edə bilməyən yığmanın oyunçusu bu qədər pula dəyərmi?
- Azərbaycanda yaxşı oyunçular azdı. Ona görə də onlar belə bahadılar. Məsələn, mən Kamran Ağayevi, Rəşad Sadıqovu, Rəşad Abdullayevi, Rauf Əliyevi ən yaxşı oyunçular sayıram. Abışov da yaxşı futbolçudu. Məni narahat edən başqa məsələdi. Biz niyə klublarımızda çıxış edən braziliyalıların, argentinalıların nə qədər qazandıqlarını yazmırıq?

- Bəlkə klublar bunu gizli saxlamaqla hansısa məqsəd güdürlər...
- Hazırda klublar arasında böyük mübarizə gedir Əgər “Neftçi” öz futbolçusunu heyətində saxlaya bilmirsə, bunda “Xəzər Lənkəran” günahkar deyil. Avropada da belədi. Fərq sərgilənən oyundadı.
- Avropa çempionatında kimə azarkeşlik edirsiz?
- Rusiya və İngiltərəyə azarkeşlik edirdim. Amma ruslar son iki oyunlarında inamlı təsir bağışlamadılar. Xüsusilə də yunanlarla oyunda. Halbuki, bu komandanın nəyəsə nail olacağını düşünürdüm. Ukrayna da ümidləri doğrultmur.

- Bəs AÇ-nin əsas favoriti qismində kimi görürsüz?
- Hamı İspaniya və Almaniyadan danışır. Amma almanlar o qədər də inamlı oyun sərgiləmirlər. Hətta ispanlar da optimal formada deyillər. Lakin bu gedişlə almanların finala çıxacağını gözləmək olar.