18 iyun 2012 15:14
Koke Bakının qarşısına şərt qoydu
“Bakı”nın ispaniyalı hücumçusu Serxio Kontreras Pardo klub rəhbərliyinin qarşısına şərt qoyub. Azerisport.az xəbər verir ki, Koke ləqəbi ilə tanınan təcrübəli forvard “zolaqlılar”la iki illik müqavilə bağlamaq istəyir.
O, komandada qalmağa məhz bu şərtlə razı olacağını bildirib. Əks halda Koke növbəti mövsümdə “Bakı”nın uğurları üçün çalışmayacaq.
Hələlik danışıqlar davam edir. Kokenin “Bakı”da qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gəlməlidi.
