18 iyun 2012 16:05
AZAL Ukrayna klubununun futbolçusu ilə müqavilə bağladı
AZAL yeni mövsümə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu seleksiya xarakterli ilk toplanışını başa vurub.
Qeyd edək ki, bu toplanışda xeyli sayda yerli və əcnəbi futbolçular baş məşqçi Vaqif Sadıqov tərəfindən baxışdan keçirilib. Onların arasında əksəri bəyənilməyərək yola salınsa da, məşqçilər korpusunu razı salanlar da var.
Bunlardan biri də Ukraynanın “Odessa” klubundan baxışa gələn Ruslan Zubkovdu. Belə ki, baş məşqçi Vaqif Sadıqov “Bakı” ilə yoldaşlıq oyununda sınadağı futbolçunun oyununu bəyənib.
Artıq bu müdafiəçi ilə münasibətlər rəsmiləşib. O, qarşıdakı iki ildə AZAL-ın formasını geyinəcək. Zubkovla yanaşı daha bir neçə futbolçu “təyyarəçilər”in şərəfini qorumağa yaxındı. Lakin onlar komandanın əsas toplanışında da özlərini yaxşı tərəfdən göstərməlidilər.
