18 iyun 2012 17:16
Dinamonun sabiq kapitanı Kəpəzdə
“Kəpəz” növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edir. Azerisport.az xəbər verir ki, hazırda gürcüstanlı futbolçu Aleksandır Koşkadze Gəncə klubunun düşərgəsində baxışdadı.
O, artıq bu gün Gəncə klubunun heyətində ilk məşqinə də çıxıb. Vaxtilə Gürcüstan yığmasında da çıxış etmiş futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə bağlanılacaq. Qeyd edək ki, Koşkadze Gürcüstanın “Dinamo” klubunun sabiq kapitanıdı.
Gəncəlilərin baxışa çağırdığı daha bir futbolçu German Beriyevdi. Dayaq yarımmüdafiəçisi olan bu futbolçunun da taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
