18 iyun 2012 17:38
Rəşad Sadıqov: Növbəti mövsümə daha yaxşı hazırlaşmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın lideri Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində zədəsindən, eləcə də Ukrayna və Polşada keçirilən AÇ-2012-dən danışıb.
- Hazırda nə işlə məşğulsuz? İstirahətiniz necə keçir?
- Özüm üçün məşq edirəm ki, formada olum. “Qarabağ”ın təlim-məşq toplanışına hazır olmaq istəyirəm. Zədəm artıq arxada qoyub. Bərpa prosesi də həmçinin. Ona görə də hazırda istirahət edirəm. Növbəti mövsümə daha yaxşı hazırlaşmaq istəyirəm.

- Avropa çempionatını izləyirsiz?
- Mümkün qədər oyunları buraxmamağa çalışıram. İndiki çempionat çox maraqlı keçir.

- Kimə azarkeşlik edirsiz?
- Rusiyaya azarkeşlik edirdim. Amma onlar mübarizəni qrup mərhələsində dayandırdığı üçün komandamı dəyişməli oldum. Turnirin sonuna qədər İspaniyaya azarkeşlik edəcəm. Hələ ki, onlar pis getmirlər.

- Yəqin ki, Rusiya və Portuqaliya yığmalarını həm də DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz kimi izləmisiz...
- Şübhəsiz. Portuqaliya və Rusiya iki fərqli komandadı. Çıxışları da fərqli alınmaqdadı. Rusiya AÇ-yə yaxşı başlayıb, pis başa vurdu. Çexiya üzərindəki 4:1 hesablı qələbədən sonra Polşa ilə heç-heçə və Yunanıstana məğlubiyyət bir qədər gözlənilməz oldu. Portuqaliya isə əksinə, turnirə məğlubiyyətlə başladı, sonda 1/4 finala vəsiqə qazandı.
- Azərbaycan yığması da Rusiyaya qarşı Yunanıstan kimi oynayıb, nəticə qazana bilər?
- Onsuz da biz belə komandalara qarşı məhz müdafiəyə meylli oyunla mübarizə aparırıq. Sadəcə, Yunanıstan yığmasında ifaçılar daha güclüdülər. Ona görə də daha yaxşı nəticə qazana bildilər.

- Rusiya yığması əvvəlki illərlə müqayisədə çox dəyişib?
- Heyətdə 2-3 dəyişiklik olub. Amma bizimlə oyunlarına da çox qalır. Əgər Rusiya DÇ-2014-ün seçmə mərhələsinə uğursuz başlasa, bu, komandada psixoloji cəhətdən yaranan problemləri daha artıracaq. Bu da təbii ki, bizim üçün sərfəlidi.

- Bəs digər rəqibimizdən – Portuqaliyadan qarşıdakı oyunlarda nə gözləyirsiz?
- Onlar daha yaxşı nəticə qazana bilərlər. Paulo Bentunun gəlişindən sonra bu komandada çox şey dəyişib. Əvvəllər bu komanda sadəcə ulduzlar toplusu hesab olunurdu. İndi isə Portuqaliyada komanda oyunu var.