18 iyun 2012 17:55
Qəbələ qapıçı problemini yoluna qoydu (FOTO)
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Azərbaycan yığmasına da dəvət olunan qapıçı Anar Nəzirovla güclənib.
Qeyd edək ki, Nəzirov son mövsümü “Turan”da keçirmişdi. Lakin Tovuz klubundan ayrılan futbolçu “Qəbələ”nin təklifini müsbət dəyərləndirib. Qapıçı köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Xatırladaq ki, Nəzirov "Turan"a məhz "Qəbələ"dən getmişdi.
Nəzirov saytımıza müsahibəsində keçidi ilə bağlı bunları dilə gətirib: “Mənim karyeramı başqa klublarda davam etdirmək üçün bir neçə variantım var idi. Amma sonda “Qəbələ”ni seçdim. Bu klubda oynamağı daha çox arzulayırdım. Hələlik bir illik müqavilə bağlamışıq. Amma sonrası necə olacaq, bunu zaman göstərəcək”.
