18 iyun 2012 18:12
Kəpəz gürcü, rus və moldovalı futbolçuları sınaqdan keçirir
Gəncənin “Kəpəz” futbol komandası 2012-2013-cü il mövsümünün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, komandanın hazırlıqlarına 6 yeni legioner də cəlb olunub.
“Kəpəz”in düşərgəsinə 1981-ci il təvəllüdlü Aleksandr Koşkadze (“Dinamo” Tbilisi, Gürcüstan), 1989-cu il təvəllüdlü Yevgeni Sidorenko (“Zimbru”, Moldova), 1986-cı il təvəllüdlü Aleksandr Niçiporik (“Helius”, Ukrayna), 1986-cı il təvəllüdlü Oleq Kibizov (Rusiya), 1985-ci il təvəllüdlü German Beriyev (“Dinamo” Stavropol, Rusiya), 1988-ci il Artur Elbayev (“Fayur”, Rusiya) çağırılıb. Onlar iyunun 19-dan məşqlərə qatılacaqlar. Digər futbolçuların da baxışa gələcəyi gözlənilir.
Baxışa dəvət olunan futbolçularla bağlı son fikri komandanın baş məşqçisi Fuad İsmayılov verəcək.
