18 iyun 2012 19:05
Zeynal Məmmədov: Koke bizim şərtləri qəbul etməsə, Bakıdan gedəcək
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov komandanın ispaniyalı hücumçusu Koke ilə hələ də ortaq məxrəcə gələ bilmədiklərini təsdiqləyib. Azerisport.az saytına müsahibəsində paytaxt klubunun rəsmisi bildirib ki, Serxio Kontreras iki illik müqavilə tələb edir:
“Koke komandaya Sloveniya toplanışında qoşulacaq. Orda biz bu futbolçu ilə bir daha müqavilə ilə bağlı danışıqlar stolu arxasına əyləşəcəyik. Əgər bizim şərtlərimizi qəbul etsə, komandada qalacaq. Qəbul etməcəyi halda isə, komandadan gedəcək. Bizə elə futbolçular lazımdı ki, kluba ürəkdən bağlı olsunlar. “Bakı”da oynamaq istəməyən futbolçunu saxlamaq fikrimiz yoxdu”.