18 iyun 2012 19:14
Neftçi Türkiyə mətbuatının diqqət mərkəzində (FOTO)
Bolu şəhərindəki hazırlığını davam etdirən "Neftçi" PFK Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, "Məmləkətim Bolu" adlı qəzetdə komandanın hazırlığı barədə məqalə dərc olunub.
"Azərbaycan Şampiyonu Boluda" sərlövhəli yazıda “ağ-qaralar”ın əldə etdiyi uğurlar barədə məlumat verilib. Klub prezidenti Sadıq Sadıqovun hazırlıqlarda komandanın yanında olması və onun rəhbərliyi ilə 2 mövsüm ardıcıl qazanılan çempionluq xüsusi vurğulanıb.
