18 iyun 2012 19:33
Neftçi ilk yoxlama matçına hazırlaşır
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi" PFK ayın 21-də ilk yoxlama matçını keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi bu mövsüm Rusiya Premyer Liqasına vəsiqə qazanmış "Mordoviya" klubu ilə qarşılaşacaq.
Rəqibin heyətində yerli futbolçularla yanaşı Ukrayna, Serbiya və Çilidən olan legionerlər də çıxış edir. "Mordoviya" klubunun rəsmi internet səhifəsi də öz növbəsində "Neftçi" ilə oyunun tarixini açıqlayıb.
