18 iyun 2012 11:16

Çesnauski: Hücum xəttinə bir oyunçu almaq problem yaratmaz

“Bakı”nın və Litva yığmasının yarımmüdafiəçisi Deyvidas Çesnauski azerisport.az saytına müsahibəsində Polşa və Ukraynada keçirilən Avropa çempionatından, yığmamızın rəqiblərindən, eləcə də komandasının avrokuboklara hazırlığından danışıb.
 
- AÇ-2012-nin 10 günü artıq arxada qalıb. Baş tutan oyunlarla bağlı nə deyə bilərsiz?
- Çox maraqlı çempionatdı. Baxılası nəsə var. Amma daha çox iki komanda diqqət çəkir – Almaniya və İspaniya. Bu komandalar qitə birinciliyinin favoritləridi. Mən Hollandiyanı da AÇ-nin favoriti sayırdım. Amma onlar üçün çempionat həddən artıq uğursuz alındı.
 
- Çemponata yaxşı başlayan Rusiya yığmasının sonda qrupdan çıxa bilməməsini necə qarşıladınız?
- Təəssüf ki, keçə bilmədilər. Mən onlara azarkeşlik edirdim. Axıra kimi eyni tempdə oynamaq lazım idi.
 
- Rusiya AÇ öncəsi Litva yığması ilə də yoldaşlıq görüşü keçirmişdi. Sizin də iştirak etdiyiniz həmin oyunda ruslar necə təsir bağışlamışdılar?
- Onlar bizimlə oyunda çox sakit təsir bağışlamışdılar. Sanki onlara heç nə lazım deyildi. Ola bilsin ki, mentalitetləri belədi. Amma hesab edirəm ki, hər oyuna yalnız qələbə üçün çıxmaq lazımdı.

 
- Sizcə, DÇ-2014-ün seçmə mərhələsində rəqiblərimiz olan Portuqaliya və Rusiya ilə oyunlarda Azərbaycan yığmasının şansları necədi?
- Şübhəsiz ki, belə rəqiblərə qarşı oynamaq çox çətindi. Düşünmürəm ki, Azərbaycanın bu oyunlarda şansı o qədər də yüksək olsun. Amma hələ seçmə mərhələyə çox qalıb və indidən bu barədə dəqiq fikir söyləmək olmaz.
 
- “Bakı”nın Avropa Liqasına hazırlıqları necə gedir? AZAL-la sınaq matçında komanda necə təsir bağışladı?
- Hələ ki, hazırlıq mərhələsindəyik. Gündə iki dəfə məşq edirik. Məşqlərin səviyyəsi normaldı. Yüklənmə də var. Tezliklə komandanın əsas hücumçuları – Uinston Parksla Koke də sıralarımıza qoşulacaq.
 
- Sizcə, “Bakı”nın hücum xəttini gücləndirməyə ehtiyacı varmı?
- Bizim hücum xəttimiz heç də pis deyil. Lakin təbii ki, hücum xəttini gücləndirmək üçün bir oyunçu almaq pis olmazdı. Fikrimcə, bu, problem yaratmaz.
 
- Komandanın yeni oyunçusu – boliviyalı Edemir Rodriqes necə təsir bağışlayır?
- O, pis təsir bağışlamadı. Meydanda çalışqandı. Öz oyunu ilə fərqlənir, çox çalışır.
 
- Potensial rəqibləriniz məlumdu. Elə isə “Bakı”nın şansları necədi?
- Hələ püşkatma keçirilmədiyi üçün konkret nəsə demək çətindi. Hesab edirəm ki, hələ şansları dəyərləndirmək olmaz. İstənilən halda biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.