18 iyun 2012 11:31
Fabio Kapello: Azərbaycan futbolu elə səviyyədə deyil ki, tərifləyim və ya tənqid edim
Məşhur italiyalı məşqçi Fabio Kapello Azərbaycan futbolu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytının Varşavadakı müxbirinə müsahibə verən İngiltərə yığmasının sabiq baş məşqçisi bunları dilə gətirib:
“Azərbaycan futbolu barədə nə deyə bilərəm? Fikrimcə, Azərbaycan futbolu elə səviyyədə deyil ki, onu tərifləyəsən və ya tənqid edəsən. Ona görə də mənə nəsə demək çətindi. Ukrayna və futbolu inkişaf edən digər ölkələr Azərbaycan üçün yaxşı nümunə ola bilər”.