18 iyun 2012 11:52
İnterin Kapfenberqlə oyununun başlama saatı açıqlandı
Xəbər verdiyimiz kimi, bu gün “İnter” Sloveniya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirəcək. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi Avstriyanın “Kapfenberq” klubu olacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Xatırladaq ki, ötən mövsüm “Kapfenberq” Avstriyanın yüksək liqasında çıxış edib. Lakin turnirin yekunlarına əsasən komanda 10-cu yeri tutaraq elitada yerini itirib.
