18 iyun 2012 00:11
Yığmamız litvalıları üç cavabsız qolla məğlub etdi
Palanqa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Litvanın “Kretinqa” klubu olub.
Qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Litva təmsilçisinin qapısından topları Bayram Budaqov keçirib.
